COP29

Azərbaycan çempionatına start verildi - Velosiped üzrə

6 Oktyabr 2023 02:10 Atçılıq 723
Azərbaycan çempionatına start verildi - Velosiped üzrə

Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı, Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə velosiped idmanının şose növündə çoxgünlük ötüşmələri üzrə Azərbaycan çempionatına start verilib.

Sportinfo.az xəbər verir ki, yarışın birinci mərhələsində idmançılar Qubada yerləşən Alpan kəndi ərazisində qrup ötüşməsində mübarizə aparıblar.

Ümumilikdə 40 velosipedçinin iştirak etdiyi yarışda 2005-2009-cu il təvəllüdlü oğlanlar 30 km, 2010-2011-ci il təvəllüdlü oğlanlar isə 20 km məsafə qət ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) mövcud qaydalarına əsasən təşkil edilən yarışın birinci mərhələsinin nəticələrinə görə, 2005-2009-cu il təvəllüdlü oğlanlar arasında Tural İsrafilov (ROEQİUGVM, 50:03) birinci, Nihad Xudoyev (ROEQİUGVM, 56:21) ikinci, Tamerlan Musayev (ROEQİUGVM, 58:23) üçüncü yeri tutublar.

2010-2011-ci il təvəllüdlü oğlanların mübarizəsində isə Nihat Xudiyev (ROEQİUGVM, 39:25) qızıl, Cavid Baxşıyev (ROEQİUGVM, 41:17) gümüş, Ümid İsmayılov (ROEQİUGVM, 41:25) bürünc medal qazanıblar.

İdmançılar oktyabrın 6-da keçiriləcək ikinci mərhələdə yenidən qrup ötüşməsi, oktyabrın 7-də baş tutacaq üçüncü mərhələdə isə fərdi ötüşmə növündə güclərini sınayacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:10 Çək və bizə göndər!
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 10:40 Bu da BİZİM TƏKLİF!
20 Sentyabr 06:10 Paşinyan bunu istisna etmir
20 Sentyabr 05:50 Bir də o... YENİ KEÇİD
20 Sentyabr 05:10 Babayev də imzanı atdı
20 Sentyabr 02:10 Millimiz Çexiyaya uduzdu