COP29

"Azərbaycanda və Sinqapurda komanda zərərin məhdudlaşdırılmasını istəyir"

14 Sentyabr 01:30 Atçılıq 444
"Azərbaycanda və Sinqapurda komanda zərərin məhdudlaşdırılmasını istəyir"

"Red Bull" komandasının Azərbaycan Qran-prisi üçün bolidlərində etdiyi dəyişikliklər bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə "Racingnews365" nəşri məlumat yayıb.

Bildirilib ki, Maks Ferstappen və Serxio Peresin idarə edəcəyi RB20 avtomobillərinin alt hissəsində köklü dəyişikliklər olub:

"Bolidin alt hissəsi yamaqlı yorğan kimi bir şeyə çevriləcək. Üç fərqli versiyanın hibrid qarışığından ibarət olacaq.

Mühəndislərin fikrincə, bu radikal addım resursları israf etməmək üçün ən məntiqli həll yoludur. Azərbaycanda və xüsusilə Sinqapurda komanda zərərin məhdudlaşdırılmasını istəyir.

Enriko Balbonun rəhbərlik etdiyi aerodinamika şöbəsi artıq oktyabrda Ostində keçiriləcək ABŞ Qran-prisi üçün təkmilləşdirmə üzərində işləyir".

Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
12 Oktyabr 08:50 Santuşa Fernandesi verin...