"Son illərdə ən cəsarətli gözləntiləri də üstələyə bilmişik"

17 Yanvar 2020 10:10 Atçılıq 1 014
"Son illərdə ən cəsarətli gözləntiləri də üstələyə bilmişik"

Britaniyanın “PricewaterhouseCoopers” agentliyi ilə tərəfdaşlıq şəraitində Azərbaycan Qran-Prisinin təşkilatçıları dörd il ərzində Formula 1 mərhələlərinin keçirilməsindən əldə edilən iqtisadi səmərənin 506 milyon dollar olması qənaətinə gəliblər.

Bu halda birbaşa xərclər təxminən 300 milyon dollar olub.

Sportinfo.az xəbər verir ki, Qran-Prinin keçirilməsindən ən çox mənfəət götürən turizm, nəqliyyat, mehmanxanalar və qidalanma ilə bağlı şirkətlər olub: onlar dörd il ərzində Formula 1 mərhələsi hesabına 73,8 milyon dollar qazanıblar.

Hər il əsasən gənclər üçün nəzərdə tutulan 7500-ə yaxın müvəqqəti iş yeri yaradılıb. Gənclər iri beynəlxalq idman tədbiri keçirilməsi sahəsində nadir təcrübə qazanıblar.

“Baku City Circuit”in icraçı direktoru Arif Rəhimov deyib: “Biz həmişə vurğulamışıq ki, Formula 1-in Bakı mərhələsi sadəcə öyünməli hadisədən daha artıqdır.

Qran-Pri iqtisadi, sosial və mədəni dəyişikliklərin hərəkətverici qüvvəsinə çevrilməli, sakinlər və əməkdaşlar üçün yeni imkanlar yaratmalı idi. Beləliklə, son illərdə ən cəsarətli gözləntiləri də üstələyə bilmişik”.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!