Azərbaycana gələn gəlir - VİDEO

16 Yanvar 2020 09:00 Atçılıq 790
Azərbaycana gələn gəlir - VİDEO

Azərbaycan Bakıda keçirilən “Formula-1” yarışlarından 506,3 milyon dollar gəlir əldə edib. Bu isə təxminən 860 milyon Azərbaycan manatıdır.

Sportinfo.az xəbər verir ki, beynəlxalq audit şirkətinin hesabatına əsasən, bu rəqəm 2016-2019-cu illərdə reallaşan qran-prilərlə əlaqədar Bakıya gələn qonaqların xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir.

Qran Pri ərəfəsində qeydə alınmış dolayı gəlirlər isə ümumilikdə 205.7 milyon dollar təşkil edib. Burada Bakıda keçirilmiş Formula 1 Qran Pri yarışlarının təşkilatçılığında birbaşa yer alan təchizatçı şirkətləri öz məhsul və xidmətləri ilə təmin edən şirkətlərin və digər əlaqədar biznes qurumlarının əldə etdiyi gəlirlər nəzərdə tutulur.

Azərbaycanın Formula 1 yarışlarını öhtəliyinə götürdüyü vaxtdan ölkəmizdə yeni iş yerləri açılıb. Hesablamalara görə, 2016 və 2017-ci illər ərzində 5-10 min arasında qısa və orta müddətli yeni iş yerləri açılıb. 2018 və 2019-cu illərdə isə bu göstərici 7.5 min təşkil edib.

Azərbaycanın beynəlxalq miqyasda daha geniş auditoriyaya tanıdılmasında da Formula 1 yarışlarının rolu böyük olub. Belə ki, 2018-ci ildə reallaşmış Qran Prini ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib.

Bu göstərici 2019-cu ildə 10% arataraq 90.2 milyon nəfər təşkil edib. Bu il Azərbaycan Qran-prisi iyunun 5-i 7-i aralığında keçiriləcək.

"Formula 1" yarışına ilk gündən iqtisadi və uzun müddətli layihə kimi baxmışıq. Çünki bu tip layihələr ölkə iqtisadiyyatına müsbət təsir göstərir".

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai "Formula 1" üzrə 2020-ci il Azərbaycan Qran-prisinə hazırlıq haqqında danışarkən belə deyib.

O, Bakıda keçirilən "Formula 1" yarışının ölkə iqtisadiyyatına gətirdiyi gəlirin məbləğini də açıqlayıb: "Hər il 22 ölkə, 5 qitədə "Formula 1" yarışları keçirilir. Sevindirici haldır ki, Azərbaycan da bu ölkələr arasındadır.

Önəmli bir məlumat verim. Dörd il ərzində Azərbaycanda keçirilən Qran-prinin ölkəyə gətirdiyi gəlir açıqlanıb. Bu məbləğ 506.3 milyon dollara (860 milyon manat) bərabərdir. Bu, çox gözəl məbləğdir və bizim uğurumuzdur.

"Formula 1" yarışının "Top 10"luğu seçilib. Azərbaycan 2017 qran-prisi də artıq bu "10"luqdadır. PwC şirkəti ilə əməkdaşlıq edirik. İldən-ilə xərclərimiz azalır.

Birinci ildə daha çox infrastruktura, ölkənin tanıtımına vəsait ayrılmışdı. Artıq o xərclər də yoxdur. Artıq əcnəbilərin çoxu Azərbaycanın, Bakının harada olduğunu bilir.

Bu səbəbdən artıq sırf olaraq bilet satışı və məhsullarımızın tanıtımı ilə bağlı pul xərcləməyi planlaşdırırıq. Ümid edirəm ki, 2020 Qran-prisi daha uğurlu olacaq".

Digər Xəbərlər
Xəbər Lenti