Sponsor onlara da lazımdır: İki aya adı bilinəcək

15 Yanvar 2020 23:30 Atçılıq 1 028
Sponsor onlara da lazımdır: İki aya adı bilinəcək

"Sponsorluq danışıqlarını davam etdiririk. Qarşıdakı iki ay ərzində hər şey dəqiqləşəcək".

Sportinfo.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim "Formual 1" üzrə 2020-ci il Azərbaycan Qran-prisinə hazırlıq haqqında danışarkən deyib.

2020-ci ildə Azərbaycan Qran-prisi iyunun 5-7-də keçiriləcək. O, qarşıdakı Qran-pridə əsas hədəflərinin tamaşaçı sayını artırmaq olduğunu bildirib:

"Hələlik Azərbaycandan bilet alışı çox deyil. Bu günə kimi biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb. Məqsədimiz isə azarkeş sayını, xüsusilə də turistlərin sayını artırmaqdır.

Çünki onların Azərbaycana axını ölkəyə gəlir gətirəcək. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Əgər ötən il baş tutan Qran-priyə 80 ölkədən qonaq gəlmişdisə, bu dəfə daha çox olacağına inanırıq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"