Tanınmış idmançı ölümcül qəza keçirdi - FOTO

14 Yanvar 2020 11:57 Atçılıq 865
Tanınmış idmançı ölümcül qəza keçirdi - FOTO

Dünya reytinqində ilk pillədə qərarlaşan badmintonçu Kento Momota Malayziyadakı turnirdən sonra qəza keçirib.

Sportinfo.az xəbər verir ki, hadisə 26 yaşlı idmançının “Masters” seriyalı yarışdakı qələbəsindən sonra baş verib.

Momotanın hava limanına getdiyi mikroavtobus yük maşını ilə toqquşub. Badmintonçunun burnu sınıb və üzündə kəsiklər əmələ gəlib.

Məşqçilər, nümayəndələr və digər idmançılar yüngül xəsarətlər alıblar. Sürücü isə hadisə yerində dünyasını dəyişib. Kento Momota 2018 və 2019-cu illərdə həm Asiya, həm də dünya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti