Bakıda çıxış edən komandaların büdcələri açıqlandı

3 Yanvar 2020 23:50 Atçılıq 957
Bakıda çıxış edən komandaların büdcələri açıqlandı

"Formula 1"də çıxış edən komandaların 2019-cu il büdcələri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, ən böyük büdcə "Ferrari"də olub. "Skuderiya" bu komanda üçün 435 milyon dollar xərcləyib.

Konstruktorlar Kubokunda ardıcıl 6-cı dəfə titul əldə edən və pilotu Lüis Hemitonun çempionluq qazandığı "Mercedes"in büdcəsi 425 milyon dollar olub.

Üçüncü ən böyük büdcə "Red Bull"a məxsus imiş - 335 milyon dollar. Avstriya komandası "Mercedes" və "Ferrari"dən sonra üçüncü yeri tutub.

Ən az büdcə isə "Haas" və "Uilyams"da olub. Onlar hərəyə 150 milyon dollar sərf ediblər. "Toro Rosso" isə 155 milyon dollar xərcləyib.

Bakıda keçirilən mövsümün dördüncü mərhələsində “Mercedes”in pilotu Valtteri Bottas birinci yeri tutub. O, 1 saat 31 dəqiqə 52,942 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

Bu, finlandiyalının karyerasında qazandığı 5-ci Qran-pri qələbəsi olub. İkinci yeri onun komanda yoldaşı Luis Hamilton, üçüncü yeri “Ferrari”dən Sebastyan Fettel tutub. Finişə 20 pilotdan 16-sı çatıb.

"Formula 1" komandalarının 2019-cu il büdcələri (milyon dollarla)

"Ferrari" - 435
"Mercedes" - 425
"Red Bull" - 335
"McLaren" - 250
"Renault" - 210
"Toro Rosso" - 155
"Racing Point" - 155
"Alfa Romeo" - 155
"Haas" - 150
"Williams" - 150.

Digər Xəbərlər
Xəbər Lenti