Dünya çempionatı üçün yeni loqo hazırlandı - FOTO

2 Yanvar 2020 10:15 Atçılıq 1 516
Dünya çempionatı üçün yeni loqo hazırlandı - FOTO

"Formula 1" dünya çempionatının 70 illiyi münasibətilə xüsusi loqotip hazırlayıb.

yubiley loqotipi Yeni il gecəsində təqdim olunub.

Təşkilatçılar seriyanın rəsmi emblemini müasirləşdirərək, 70 rəqəmini əlavə ediblər. Əsas loqotipdəki kimi qırmızı rəngə boyanan rəqəm yarış trası sahəsini xatırladır. Televiziya yayımçılarına "70"i öz firma rənglərinə boyamaq hüququ verilib.

Yanvarın 6-dan loqotip "Formula 1"in bütün rəqəmsal platformalarında istifadə olunacaq. Təşkilatçılar xüsusi loqotipi "Formula 1"in yubileyinin qeyd olunması istiqamətində ilk addım kimi dəyərləndiriblər.

Tədbirlər ilboyu davam edəcək. 2020-ci il Azərbaycan Qran-prisi 5-7 iyunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız