Onun Yeni il hədiyyəsi, görün, nə oldu - FOTOLAR

1 Yanvar 2020 09:00 Atçılıq 1 155
Onun Yeni il hədiyyəsi, görün, nə oldu  - FOTOLAR

Bir ay əvvəl ARB televiziyasında Balakən rayonu, İtitala kəndində velosipedə olduqca böyük marağın olması və kənd məktəblilərinin dərsə velosipedlə gəlib-getməsi haqda süjet yayımlanıb.

Televiziya əməkdaşlarına müsahibə verən məktəbin şagirdi Eminət Şabanova məktəbə velosipedlə gəlmək arzusunda olduğunu desə də, velosipedi olmadığı üçün bunu edə bilmədiyini vurğulamışdı.

Sportinfo.az xəbər verir ki, artıq bu məsələ öz həllini tapıb - Eminət Şabanova bundan sonra digər şagirdlər kimi məktəbə velosipedlə gəlib-gedəcək.

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Respublika Olimpiya Velosiped Məktəbi (ROVM) həm ona, həm də İtitala kənd orta məktəbinin gürcü bölməsinin şagirdi Zarina Rəhimovaya velosiped hədiyyə edib.

Bundan başqa şagirdlərin velosipedlərini daha rahat saxlaması üçün məktəbin həyətində velodayanacaqlar da quraşdırılıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində belə bir addıma görə AzVİF-ə və ROVM-ə təşəkkürünü bildirən məktəb rəhbərliyi bunun şagirdlərə ən yaxşı bayram hədiyyəsi olduğunu deyib.


















Digər Xəbərlər
Xəbər Lenti