Damla Şaxta Babadan velosiped istədi, bir də gördü ki… FOTOLAR

30 Dekabr 2019 09:00 Atçılıq 1 224
Damla Şaxta Babadan velosiped istədi, bir də gördü ki… FOTOLAR

Zaqatala rayonu, Bəhmətli kəndində yaşayan 6-cı sinif şagirdi, atasız böyüyən Damla Ramazanova Yeni İl ərəfəsində Şaxta Babaya məktub yazaraq ondan çoxdandır arzusunda olduğu velosiped istəyib.

Sportinfo.az xəbər verir ki, onun bu istəyini isə Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin Şaxta Babası yerinə yetirib.

Federasiya və məktəbin nümayəndələri ilə birlikdə Damlanın yaşadığı evə gedən Şaxta Baba balaca Damlaya velosiped və digər hədiyyələr verərək onu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edib.




Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!