Prezident Kuboku: “Buta Golden” və “Omar” finalda

24 Dekabr 2019 09:09 Atçılıq 1 551
Prezident Kuboku: “Buta Golden” və “Omar” finalda

Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli oyunu üzrə Prezident Kubokunun finalçıları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarımfinalda “Buta Golden” “Sərhədçi”ni 4:1 hesabı ilə üstələyib. “Omar” isə “Polad”dan güclü olub – 2:1.

Dekabrın 24-də eyni məkanda 3-cü yer uğrunda görüş və final qarşılaşması keçiriləcək. Yarımfinalda uduzanlar bürünc medal, qaliblər final görüşünə çıxacaqlar. Oyunlar müvafiq olaraq saat 11:45-də və 12:40-da start götürəcək.

Yarışın Şəkinin Daşüz kəndindəki Respublika Milli Atüstü Oyunları Mərkəzində keçirilən qrup mərhələsində 12 komanda mübarizə aparıb.

Digər Xəbərlər
Xəbər Lenti