"Bakıda hər şeyi mükəmməl yerinə yetirməyi hədəfləyəcəyik"

13 Sentyabr 2024 04:30 Atçılıq 1 052
"Bakıda hər şeyi mükəmməl yerinə yetirməyi hədəfləyəcəyik"

Şarl Lekler və Karlos Saynsla Bakıda hər şeyi mükəmməl şəkildə yerinə yetirməyi hədəfləyəcəyik.

Sportinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən “Ferrari” komandasının rəhbəri Frederik Vasseu Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

O, İtaliya təmsilçisinin Bakıda hər zaman rəqabət apara bildiyini söyləyib:

"Biz yaxşı iş görmək istəyirik. İlk olaraq diqqətimizi özümüzə yönəltməyimiz vacibdir.

Montsadakı qələbədən sonra əhval-ruhiyyə yüksəkdir. Hazırda bu formanı qoruyub saxlamaqda qərarlıyıq".

Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında təşkil olunacaq. "Ferrari" pilotu Şarl Lekler Bakıdakı yarışdan əvvəl İtaliya Qran-prisinin qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız