“Mən belə məsələlərdə olduqca ehtiyatlıyam" - Sağalır

1 Avqust 2019 08:00 Atçılıq 1 011
“Mən belə məsələlərdə olduqca ehtiyatlıyam" - Sağalır

“Formula -1”-in yeddiqat çempionu Mixael Şumaxerin səhhəti qaydasına düşür.

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının prezidenti, Şumaxerin dostu Jan Todt məlumat verib.

O, Şumaxerin səhhətində ciddi irəliləyiş olduğunu bildirib: “Belə məsələlərdə olduqca ehtiyatlıyam. Ancaq bu, düzdü. Şumaxer bərpa olunur.

Onun İsveçrədəki evində yarışı televizor vasitəsi ilə birgə izlədik. O, etibarlı əllərdədir. Ona evdə yaxşı baxırlar.

Şumaxer təslim olmur və mübarizə aparır. Mən də, onun ailəsi də nikbinik”.

Şumaxer 2013-cü ilin dekabrında dağda xizək sürərkən yıxılıb və başından ağır zədə alıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız