Şumaxerdən xəbər var

31 İyul 2019 13:00 Atçılıq 663
Şumaxerdən xəbər var

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Jan Todt “Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin səhhətinin vəziyyəti haqda danışıb.

Sportinfo.az xəbər verir ki, onun sözlərinə görə, Şumaxer özünü yetərincə yaxşı hiss edir və səhhətində irəliləyiş var.

“Mən həmişə bu növ açıqlamalarımda ehtiyatla davranıram, amma bu, doğrudur. Mən Mixael Şumaxerlə bərabər onun İsveçrədəki evində yarışları izləyirdim.

Mixael etibarlı əllərdədir. O, təslim olmur və mübarizə aparmaqda davam edir”, - deyə J. Todt bildirib.

M.Şumaxer 2013-cü ildə xizək sürən zaman ağır xəsarət almışdı. Bir neçə il komada yatan idmançının müalicəsi hələ də davam edir.

Digər Xəbərlər
Xəbər Lenti