Azərbaycan yığmasından "Tokio-2020" üçün daha 25 lisenziya xalı

26 İyul 2019 09:36 Atçılıq 588
Azərbaycan yığmasından "Tokio-2020" üçün daha 25 lisenziya xalı

Mərakeşdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Challenge du Prince” silsilə yarışları başa çatıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, Afrikaya Eçin Əsədov, Mahmud Məmmədov, Mikayıl Səfərli və Orxan Məmmədovdan ibarət heyətlə yollanan yığma komanda 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün ölkə reytinqini ümumilikdə daha 58 lisenziya xalı ilə zənginləşdirib.

Silsilə yarışlara iyulun 22-də “Trophée Princier” turunda 9-cu olaraq 3 xal qazanmaqla başlayan Əsədov 2 gün sonra “Trophée de l'Anniversaire”də 2-ci yeri tutub və daha 30 reytinq xalı əldə edib.

Komanda iyulun 25-də sonuncu birgünlük yarış - “Trophée de la Maison Royale” turunda da yüksək nəticə göstərib.

140 km məsafəni 3 saat, 4 dəqiqə, 50 saniyəyə 13 nəfərlik qrupda bitirən Əsədov fotofinişə əsasən fəxri kürsün 3-cü pilləsinə qalxıb və 25 xal götürüb.

Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu il oktyabrın 22-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"