Böyük Britaniya daha 5 il “Formula 1”ə ev sahibliyi edəcək

11 İyul 2019 17:36 Atçılıq 596
Böyük Britaniya daha 5 il “Formula 1”ə ev sahibliyi edəcək

Böyük Britaniya daha 5 il “Formula 1” üzrə dünya çempionatının təqvimində yer alacaq.

Sportinfo.az xəbər verir ki, bununla bağlı “Formula One Management Limited”lə yerli Təşkilat Komitəsi arasında 2024-cü ilə qədər müqavilə bağlanılıb.

“Formula 1” yarışları 1950-ci ildən Silverstoun transında baş tutur. “Formula 1” Azərbaycan da daxil olmaqla, 21 ölkədə keçirilir.

Yeni mövsümdən etibarən, təqvimdə Hollandiya və Vyetnam Qran-priləri peyda olacaq. Əvəzində Meksika və İtaliyadakı mərhələlərin ixtisara düşəcəyi gözlənilir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin “Formula One Management Limited”lə 2023-cü ilə qədər müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti