İki nəfərlə müqaviləni uzatdı

10 İyul 2019 12:48 Atçılıq 1 041
İki nəfərlə müqaviləni uzatdı

"Formula 1"də çıxış edən "Maklaren"in rəhbərliyi komandanın pilotları Karles Sayns və Lando Norrislə əməkdaşlığın uzadıldığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, hər iki sürücü ilə 2020-ci ilədək müqavilə bağlanılıb.

Bu mövsüm Sayns "Maklaren"də, Norris isə ümumilikdə "Formula 1"də debüt edib. 9 mərhələdən sonra onlardan birincisi 30 xalla 7-ci, digəri isə 22 xalla 8-ci pillədə qərarlaşıb.

Komandanın rəhbəri Zak Braun həftəsonu keçiriləcək Böyük Britaniya Qran-prisi ərəfəsində yeni müqaviləni rəsmiləşdirmələrindən məmnunluq ifadə edib. O. hər iki pilotun çıxışından razılığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız