Avropa Oyunları: Azərbaycan velosipedçisi sonuncu oldu

30 İyun 2019 13:36 Atçılıq 994
Avropa Oyunları: Azərbaycan velosipedçisi sonuncu oldu

Belarusun paytaxtı Minksdə keçirilən II Avropa Oyunlarında velosipedçilərin keyrin yarışına start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Sergey Omelçenko da trekə çıxıb.

O, 1-ci mərhələdə ikinci yürüşdə mübarizə aparıb. Beş idmançı arasında sonuncu olan Omelçenko təsəlliverici mərhələdə qüvvəsini sınamalı olub.

O, üç nəfərin mübarizə apardığı ikinci yürüşə qatılıb. Yenə sonuncu olan idmançı yarımfinal şansını itirib.

1-ci mərhələnin dörd yürüşünün hərəsindən iki, təsəlliverici mərhələdə isə hər yürüşdən bir nəfər yarımfinala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız