Fransa Qran-prisi başlayır

21 İyun 2019 12:00 Atçılıq 426
Fransa Qran-prisi başlayır

Bu gün "Formula 1" üzrə Fransa Qran-prisi start götürəcək.

Sportinfo.az xəbər verir ki, mövsümün 8-ci yarışı "Pol Rikar" trasında reallaşacaq.

Bu gün Bakı vaxtı ilə saat 13:00 və 17:00-da iki sərbəst yürüş olacaq. Üçüncü sərbəst yürüş iyunun 22-də saat 14:00-da başlayacaq.

Təsnifat mərhələsi saat 17:00-a təyin olunub. Bazar günü keçiriləcək yarış isə saat 17:10-da start götürəcək.

7 mərhələdən sonra "Mercedes"in pilotu Lüis Hemilton 162 xalla liderdir. Onu 133 xalla komanda yoldaşı Valtteri Bottas izləyir.

"Üçlüy"ü qapayan "Ferrari"nin sürücüsü Sebastyan Fettelin isə 100 xalı var. Bu il 26 - 28 apreldə baş tutan Azərbaycan Qran-prisininq qalibi Bottas olub.

Digər Xəbərlər
Xəbər Lenti