Nəticələrdən apelyasiya vermək istəyindən daşındı

14 İyun 2019 11:12 Atçılıq 464
Nəticələrdən apelyasiya vermək istəyindən daşındı

"Ferrari" komandası "Formula 1" üzrə Kanada Qran-prisində Sebastyan Fettellə bağlı qərara apelyasiya verməkdən imtina edib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Skuderiya"nın rəhbəri Mattia Binotto Beynəlxalq Avtomobil Federasiyasına ünvanladığı məktubda bildirib.

Bu isə o deməkdir ki, Binotto şikayət üçün 96 saatlıq müddətdə rəsmi etiraz hüququndan yararlanmayacaq. Yəni, Kanada Qran-prisinin nəticələrini yekun saymaq olar.

Yeddi mərhələdən sonra "Mercedes" pilotu Lüis Hemilton şəxsi hesabda Fetteli 62 xal qabaqlayır.

Konstruktorlar Kubokunda isə "Mercedes" "Ferrari"dən 123 xal öndədi. Kanada Qran-prisində finişə Sebastyan Fettel hamıdan tez çatıb.

Lakin stüardlar onun yaşıllıq sahədən yola çıxarkən, "Mercedes" pilotu Lüis Hemiltona təhlükə yaratdığını iddia edərək, aktivindən 5 saniyə siliblər. Nəticədə Hemilton qalib, Ferrel isə 2-ci yerin sahibi olub.

Digər Xəbərlər
Xəbər Lenti