“Cannibal”lı zirvədə - VİDEO

12 İyun 2019 20:12 Atçılıq 808
“Cannibal”lı zirvədə - VİDEO

Bu ilin iyul ayında Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında iştirak edəcək oğlan və qızlardan ibarət U17 yığma komandalarımızın üzvləri Belçikada hazırlıq prosesini davam etdirirlər.

Sportinfo.az xəbər verir ki, təlim-məşq prosesi çərçivəsində idmançılarımız adı çəkilən ölkədə təşkil edilmiş beynəlxalq turnirlərdə mübarizə aparır.

Heyəti Kamran Mirzəxanov, Nofəl Nuriyev, Nikita Sıtov və Mustafa Muxtarlıdan ibarət komandamız Bertem şəhərində keçirilən beynəlxalq yarışda uğurla çıxış edib.

Belçikanın “Cannibal” komandasının heyətində yarışan velosipedçilərimiz 40 km məsafəyə qrup ötüşməsi zamanı əla komanda işi nümayiş etdirib.

Nəticədə təmsilçimiz Nikita Sıtov finiş xəttini 1-ci keçərək fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Velosipedçilərimiz yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında həm fərdi, həm də qrup ötüşməsi yarışlarında mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız