Bu insidentlə əlaqədar apelyasiya verəcəklər - VİDEO

10 İyun 2019 14:24 Atçılıq 426
Bu insidentlə əlaqədar apelyasiya verəcəklər - VİDEO

"Ferrari" komandası "Formula 1" üzrə Kanada Qran-prisində "Skuderiya"nın pilotu Sebastyan Fettelə qoyulmuş 5 saniyəlik cərimədən apelyasiya verəcək.

"Ferrari"nin ötən gün yarış zamanı verilmiş qərardan şikayət üçün 96 saat vaxtı var.

Bu müddətdə stüardların qərarına təsir edə biləcək yeni dəlillər göstərmək lazımdı. Fettel ot üzərinə çıxdıqdan sonra trasa təhlükəli qayıdışı ilə əlaqədar 5 saniyəlik cəzaya məruz qalıb.

Onun belə hərəkəti üzündən arxadan gələn "Mercedes" pilotu Lüis Hemilton əyləci basmalı olub. Hemilton bunu həm almaniyalı əsas rəqibi, həm də hasarla toqquşmamaqdan ötrü edib.

Fettel finişə birinci çatsa da, cərimələndiyi üçün qələbəni əldən verib və ikinci yerlə kifayətlənib.

"Ferrari"nin apellyasiya vermək istəyinə rəğmən, Beynəlxalq Avtomobil Federasiyası Kanada Qran-prisinin rəsmi nəticələrini elan etməyi təxirə salmayıb.

"Formula 1"in əsasnaməsinə görə, 5 saniyəlik cərimələrə baxıla bilməz. Etiraz komanda yeni faktlar təqdim edəcəyi halda qəbul olunacaq.

View this post on Instagram

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı