Yeni mükafat bölgüsü

9 İyun 2019 08:36 Atçılıq 439
Yeni mükafat bölgüsü

2021-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatında texniki qaydalarla yanaşı, bir sıra başqa dəyişikliklər də gözlənilir.

Sportinfo.az xəbər verir ki, artıq komandalara mükafat bölgüsü ilə bağlı 4 variant göndərilib.

Birinci və ikinci variant mövcud qaydaya bənzəyir. Təkilf olunan layihə aşağıdakılardan ibarətdi:

1. Bütün mükafatın yarısı yeni iştirakçılar da daxil olmaqla komandalar arasında bərabər bölünəcək.

2. Komandalara mövsümün sonunda tutduqları yerlərə görə mükafat veriləcək. Birinci yeri tutan ümumi məbləğin 18 faizini, 10-cu yerin sahibi isə iki faizini əldə edəcək.

3. Bu seçim tarixi komandalara verilən hazırkı bonusların ödənişini əvəz etmək üçün tərtib olunub. Bundan sonra ən yaxşı üç komanda bonus əldə edəcək. Pul mükafatının həcmi isə komandanın son 10 il ərzində nə qədər ilk "3-lük"də yer almasından asılı olacaq.

4. İtaliyanın "Ferrari" komandasının bonusları 70 milyondan 35 milyona düşüb. Kollektiv bu məbləğdən bolidin təmiri üçün istifadə edə bilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular