Çempionu qayıdacağına dair xəbərləri təkzib etdi

7 İyun 2019 19:24 Atçılıq 419
Çempionu qayıdacağına dair xəbərləri təkzib etdi

2016-cı ildə Bakıda keçirilmiş "Formula 1" üzrə Avropa Qran-prisinin səfiri Fernando Alonso gələcək planlarından danışıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı pilot hələlik "Formula 1"ə qayıtmağı düşünmədiyini bildirib.

Bununla da ikiqat dünya çempionu "Ferrari"də Sebastyan Fetteli əvəzləyəcəyinə dair şayiələri təkzib edib.

Alonso "Formula 1"dən əlavə, "24 saat Le Man"ın da qalibi olub. Hazırda qatıldığı "İndianapolisin 500 mili"nin də qalibi olacağı təqdirdə, 38 yaşlı idmançı "Üçqat Tac"a yiyələnəcək.

Təcrübəli pilot idmanda uduzduqda belə yenidən qələbə qazanmağa cəhd etməyin gərəkliyini vurğulayıb:

"İndiyədək 32 Qran-pri qalibi olmaq üçün 300-dən çoxuna qatılmışam. "Real" da 100 illik tarixində Çempionlar Liqasını 13 dəfə qazanıb və dünyanın ən uğurlu klubu sayılıb.

Dünya idmanından nümunələr göstərir ki, qələbə faizi aşağıdı. Buna görə də titullar onları qazananda unikaldı".

Fernando Alonso 2005 və 2006-cı illərdə "Formula 1"in, 2018-ci ildə "24 saat Le Man"ın qalibi olub. O, "Formula 1"i 2018-ci il mövsümünün sonunda tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti