Yığmamız üçün Türkiyədə daha bir uğurlu nəticə

19 May 2019 13:00 Atçılıq 357
Yığmamız üçün Türkiyədə daha bir uğurlu nəticə

Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 3 mərhələdən ibarət 2.2 kateqoriyalı “Qara Dəniz Turu” davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın Rize ve Giresun şəhərləri arasındakı 208 km-lik 2-ci mərhələsi yığma komandamız üçün daha bir uğurlu nəticə ilə yadda qalıb.

Məsafəni 4 saat, 41 dəqiqə, 28 saniyəyə başa vuran millimizin üzvü Samir Cəbrayılov bununla da finişi 3-cü keçib və Tokio-2020 Yay Olimpiya Oyunlarına daha 1 lisenziya xalı qazanıb.

Digər velosipedçimiz Elçin Əsədov bu dəfə 11-ci olub. 2 mərhələdən sonra ümimi təsnifatda 2 velosipedçimiz ilk "onluq" qərarlaşır – Samir Cəbrayılov 2-ci, Elçin Əsədov isə 7-cidir.

Adları çəkilən velosipedçilərimiz 1-ci mərhələdə müvafiq olaraq 2-ci və 6-cı olmuşdular. Veloturun sonuncu, 3-cü mərhələsində iştirakçılar 163 km məsafə qət edəcəklər.

Heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Mahmud Məmmədov, Kərim Şirəliyev və Mikayıl Səfərlidən ibarət yığma komandamız yarışda baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında mübarizə apar

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!