Azərbaycan "Tokio-2020"yə daha 1 lisenziya xalını qazandı

19 May 2019 00:00 Atçılıq 390
Azərbaycan "Tokio-2020"yə daha 1 lisenziya xalını qazandı

Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 3 mərhələdən ibarət 2.2 kateqoriyalı “Qara Dəniz Turu”nun Rize ve Giresun şəhərləri arasındakı 208 km-lik 2-ci mərhələsində Azərbaycan yığması daha bir nailiyyətə imza atıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, məsafəni 4 saat, 41 dəqiqə, 28 saniyəyə başa vuran milli üzvü Samir Cəbrayılov bununla da finişi 3-cü keçib və Tokio-2020 Yay Olimpiya Oyunlarına daha 1 lisenziya xalı qazanıb.

Digər velosipedçi Elçin Əsədov bu dəfə 11-ci olub. İki mərhələdən sonra ümimi təsnifatda 2 velosipedçi ilk 10-luqda qərarlaşır – Samir Cəbrayılov 2-ci, Elçin Əsədov isə 7-cidi.

Onlar 1-ci mərhələdə müvafiq olaraq 2-ci və 6-cı olmuşdular. Veloturun sonuncu, 3-cü mərhələsində iştirakçılar 163 km məsafə qət edəcəklər.

Heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Mahmud Məmmədov, Kərim Şirəliyev və Mikayıl Səfərlidən ibarət yığma komanda yarışda baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti