Taksi sürücüləri Qran-prini boykot edəcəklər

18 May 2019 09:00 Atçılıq 463
Taksi sürücüləri Qran-prini boykot edəcəklər

"Formula 1" üzrə Monako Qran-prisi taksi sürücülərinin mümkün etirazları üzündən çətinliklərlə üzləşə bilər.

Sportinfo.az xəbər verir ki, sürücülər istədikləri xidmət haqqını ala bilməmələrindən narazıdılar.

Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə Qran-prinin start götürəcəyi mayın 23-də bütün yolları bağlayacaqlarını bildiriblər.

Daha əvvəl taksi sürücüləri Nitsa hava limanında müştərilərə xidmətdən imtina ediblər. Onlar mayın 15-də Kan kino festivalı keçirilərkən bu addımı atıblar.

Monako Qran-prisində ilk sərbəst yürüşlər mayın 23-də, yarış isə mayın 26-da şəhər trasında keçiriləcək. Bu, dünya çempionatında 6-cı mərhələ olacaq.

Beş mərhələdən sonra "Mercedes" pilotu Lüis Hemilton liderdir. İkinci yeri onun komanda yoldaşı Valtteri Bottas tutur.

Digər Xəbərlər
Xəbər Lenti