Dünya çempionatında ağır qəza baş verdi

12 May 2019 15:12 Atçılıq 410
Dünya çempionatında ağır qəza baş verdi

Ralli üzrə dünya çempionatının Çili mərhələsinin ikinci yarış günü liderlər qrupunda təkcə barışmaz mübarizə ilə yadda qalmayıb.

Sportinfo.az xəbər verir ki, yürüş zamanı "Hyundai i20 Coupe" avtomobilinin sürücüsü Tyerri Növil ciddi qəza keçirib.

Ümumi hesabda birinci yerdə gedən belçikalı sürücünün maşını 8-ci xüsusi sahəni keçərkən bir neçə dəfə çevrilib.

Daha sonra avtomobil yolun sağ tərəfinə düşüb. Növil avtomobili sərbəst tərk edə bilsə də, ona tibbi yardım lazım göstərilməsi gəlib. Xəstəxanaya çatdırılan pilotda ciddi zədə aşkarlanmayıb.

Beləliklə, Tyerri Növil Çili rallisində nəticə göstərə bilməyib. Hazırda liderliyi Ott Tyanak (Toyota GAZOO Racing WRC) qoruyur.

İkinci yeri hazırkı dünya çempionu Sebastyan Löb (Citroen Total Abu Dhabi WRT), üçüncü pilləni isə Yari-Matti Latvala (Toyota GAZOO Racing WRC) tutur.

Digər Xəbərlər
Xəbər Lenti