Daha tez satışa çıxarılacaq

7 May 2019 08:36 Atçılıq 478
Daha tez satışa çıxarılacaq

“Formula 1” üzrə 2020-ci il SOCAR Azərbaycan Qran-prisinin biletləri daha tez satışa çıxarılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov f1news.ru saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, yeni mövsüm üçün hazırlıq prosesinə avqust və ya sentyabrda start veriləcək:

“Fikrimcə, növbəti Qran-pri üçün bilet satışına bir qədər erkən başlayacağıq. Əməliyyat planlaması isə bir qədər gec start götürəcək”.

A.Rəhimov “Liberty Media”nın 2021-ci ildən “Formula 1”də tətbiq edəcəyi yeniliklərə də toxunub:

“Formula One Management Limited”lə olan müqaviləmizin müddətini yaxınlarda 2023-cü ilə qədər uzatmışıq.

Həmin sözləşməyə yetərincə dəyişiklik və düzəlişlər edilib. İslahatalar bizə necə təsir edəcək?

Düşünürəm ki, yaxın 4 ildə bizim üçün nisbətə stabil olacaq. Hər şeyin normal olmasını gözləyirik. 2023-cü ildə müqaviləmizin müddəti başa çatandan sonra baxacağıq”.

“Formula 1” yarışları Bakıda 2016-cı ildən keçirilir. BŞH 26 – 28 apreldə baş tutan SOCAR Azərbaycan Qran-prisi üçün biletləri ötən il oktyabrın 16-da satışa çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"