COP29

Azərbaycanlı"Tokio-2020" üçün ölkə reytinqinə 3 xal qazandırdı

6 May 2019 17:36 Atçılıq 417
Azərbaycanlı"Tokio-2020" üçün ölkə reytinqinə 3 xal qazandırdı

Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Mesopotamia” yarışına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 4 mərhələdən ibarət veloturda Azərbaycanın Elit yığma komandasının üzvü Elçin Əsədov da iştirak edib.

Yarış mərhələlərində müvafiq olaraq 11, 10, 13 və 29-cu olan idmançı bununla da ümumi təsnifatda 10-cu yeri tutub. Əsədov ölkə reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün 3 lisenziya xalı qazandırıb.

Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayınadək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!