"Qaçmağıma mane olurdu”

6 May 2019 08:24 Atçılıq 868
"Qaçmağıma mane olurdu”

“Bakı Marafonu yüksək səviyyədə təşkil olunub, təkcə külək qaçmağıma mane olurdu”

Sportinfo.az xəbər verir ki, bunları “Bakı Marafonu-2019”un kişilər arasında qalibi İsmail Ssenyange deyib.

Uqandalı atlet peşəkar idmançı olduğunu, Azərbaycanda keçirilən marafona ilk dəfə qatıldığını deyib. O, Bakını çox bəyəndiyini söyləyib:

“Daha öncə ABŞ, Tailand, İrlandiya, Hindistan, İngiltərə, Bolqarıstan, Çin və digər ölkələrdə baş tutan marafonlarda iştirak etmişəm və həmişə “üçlüy”ə düşmüşəm”.

Ssenyange Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionuna qədər olan 21 kilometr məsafəni 1 saat 8 dəqiqə 35 saniyəyə qət edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız