Arzu Əliyeva məşhurlarla birgə “Küləyə qalib gəl”di - FOTOLAR

5 May 2019 18:09 Atçılıq 1 233
Arzu Əliyeva məşhurlarla birgə “Küləyə qalib gəl”di - FOTOLAR

Bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçirilib.

Sportinfo.az xəbər verir ki, layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdi.

“Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Marafonda bu dəfə 22320 nəfər qeydiyyatdan keçib. Yürüyüşdə dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar iştirak ediblər.

Builki marafona Heydər Əliyev Fondunun dəstəyi ilə protezlə təmin olunmuş bir qrup Qarabağ müharibəsi əlili də qoşulub.

Marafonun startında ilk dəfə olaraq "məşq zonası" yaradılıb və səhnədən isinmə hərəkətləri nümayiş etdirilib.


Ötən il keçirilən sonuncu Bakı marafonunda 18 min iştirakçı qeydiyyatdan keçmişdi.

Elvin Elxan

Fotolar: Nuran
















Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız