COP29

Bakıdakı qəza anının yeni görüntüləri yayıldı - VİDEO

4 May 2019 13:12 Atçılıq 530
Bakıdakı qəza anının yeni görüntüləri yayıldı - VİDEO

"Formula 1"in mətbuat xidməti "Reno"nun avstraliyalı pilotu Daniel Rikkardo ilə "Toro Rosso"nun rusiyalı sürücüsü Daniel Kvyat arasında Azərbaycan Qran-prisində baş vermiş insidentin video-təkrarını yayıb.

Sportinfo.az xəbər verir ki, göyərtə kameralarından çəkilmiş görüntülərdə 10-cu yer uğrunda mübarizə aparan Rikkardonun Kvyata hücum etdiyi əksini tapıb.

Lakin həmin epizodda o, döngədən keçə bilmir və üstəlik, Kvyatın ora girişini bloklayır. Daha sonra "Reno" pilotu baxmadan maşınını arxaya verir.

Nəticədə o, Kvyatın maşınını vurur. Bununla da hər iki pilot yarışdan kənarda qalıb.

Yarışdan sonra Rikkardoya 10 - 12 mayda Barselonada keçiriləcək İspaniya Qran-prisinin qrid düzülüşündə 3 mövqe geridə başlama cəzası verilib.

Посмотреть эту публикацию в Instagram

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!