COP29

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisin qalibi

29 Aprel 2019 00:20 Atçılıq 424
“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisin qalibi

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisin qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “Report” xəbər verir ki, Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas rəqiblərini qabaqlayıb.

Finlandiyalı 1 saat 31 dəqiqə 52,942 saniyəlik göstərici ilə birinci olub. Onun komanda yoldaşı Lüis Hemilton ikinci yeri tutub (+1,524 saniyə).

İtaliya “Ferrari”sinin sürücüsü Sebastyan Fettel isə 3-cü sırada finiş edib (+11,739 saniyə).

Pilotların qrid düzülüşü

1. Valtteri Bottas (Mercedes)

2. Lüis Hemilton “Mercedes”

3. Sebastyan Fettel (“Ferrari”)

4. Maks Ferstappen (“Red Bull”)

5. Serxio Peres (“Racing Point”)

6. Daniil Kvyat (“Toro Rosso”)

7. Lando Norris (“McLaren”)

8. Şarl Lekler (“Ferrari”)

9. Karlos Sayns (“McLaren”)

10. Daniel Rikkardo (“Renault”)

11. Aleksandr Albon (“Toro Rosso”)

12. Kevin Maqnussen (“Haas”)

13. Lens Stroll (“Racing Point”)

14. Romen Qrojan (“Haas”)

15. Niko Hülkenberq (“Renault”)

16. Corc Rassel (Williams)

17. Antonio Covinatsi (“Alfa Romeo”)

18. Robert Kubitsa (Williams)

19. Kimi Raykkonen (“Alfa Romeo”)

20. Pyer Qasli (“Red Bull”)

Bakıda baş tutan əvvəlki 3 yarışdan 2-də Almaniyanın “Mercedes” komandasının pilotları rəqiblərini qabaqlayıblar.

Artıq karyerasını başa vurmuş almaniyalı Niko Rosberq yeganə dünya çempionluğunu qazandığı 2016-cı ildə, britaniyalı beşqat dünya çempionu Lüis Hemilton ötən il birinci olub.

Hazırda Fransa “Renault”nun heyətində yer alan avstraliyalı Daniel Rikkardo isə 2017-ci ildə Avstriya “Red Bull”nun sükanı arxasında finiş xəttini hamıdan tez keçib.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!