COP29

Qran-prinin açılış mərasimində bir sıra yeniliklər olacaq

28 Aprel 2019 15:30 Atçılıq 315
Qran-prinin açılış mərasimində bir sıra yeniliklər olacaq

"Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin açılış mərasimi əvvəlkilərdən fərqli formada baş tutacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Sportinfo.az-a verilən məlumata görə, saat 15:40-da başlayacaq açılışda əvvəlcə tamaşaçılara builki yarış üçün xüsusi tərtib olunmuş kubok təqdim olunacaq.

Daha sonra Himn mərasiminə start veriləcək. Mərasimdə Azərbaycan Dövlət Himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjmanında səsləndiriləcək.

Himn mərasimində Azərbaycan Respublikası hökumətinin yüksək rəsmiləri, “Formula 1”şirkətinin rəhbərliyi və pilotlar iştirak edəcəklər. Pilotları “Gələcəyin ulduzları” adlanan azyaşlılar müşayiət edəcəklər.

Himni respublikanın əməkdar artistləri Bəyimxanım Vəliyeva ilə Nurlan Növrəsli birlikdə müvafiq olaraq muğam və klassik üslublarda ifa edəcəklər.

Onları tarda əməkdar artist Şəhriyar İmanov, nağarada əməkdar artist Kamran Kərimov, voilonçeldə Emin Qaliyev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət edəcəklər. İfaçılar xalq və klassik üslublarına aid geyimdə olacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!