Bakıda "Formula 2" üzrə birinci yarış başladı

27 Aprel 2019 13:36 Atçılıq 752
Bakıda "Formula 2" üzrə birinci yarış başladı

SOCAR Azərbaycan Qran-Prisinin ikinci günündə "Formula 2" üzrə birinci yarış başlayıb.

Sportinfo.az xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır.

Pilotlar Bakı şəhər halqasında 32 dövrə vuracaqlar. Sıralama turunda “Karlin” komandasının pilotu Nobuharu Matsuşita Bakıda qalib gəlib.

Ötən gün keçirilən "Formula 2" üzrə birinci sərbəst yürüşdə “UNI Virtuosi” komandasının pilotu Luka Qiotto bütün rəqiblərini üstələyərək birinci olub.

“Karlin” komandasından Nobuharu Matsuşita sərbəst yürüşü ikinci, “MP Motorsport”un sürücüsü Yordan Kinq isə üçüncü yerdə başa vurublar.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız