COP29

"Mən möhkəm oğlanam, axşam özümü yaxşı hiss etmirdim, indi düzəlmişəm”

27 Aprel 2019 09:24 Atçılıq 437
"Mən möhkəm oğlanam, axşam özümü yaxşı hiss etmirdim, indi düzəlmişəm”

“Adi qaydada gedirdim və lyukun qapağına ilişdim.

Maşın möhkəm silkələndi, mühərrik söndü”.

Sportinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassell “Formula 1” üzrə Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşü zamanı keçirdiyi qəzanı şərh edərkən deyib.

21 yaşlı sürücünün sözlərinə görə, bolidinin altı sınıb. O, trasın durumundan narahatlıq keçirdiyini söyləyib:

“Boliddəki zədə barədə indi nəsə demək çətindir. Lyuklərlə bağlı problem həllini tapmayana qədər sessiya bərpa olunmayacaq.

Bu insident sessiyanı korladı. İstəmədiyimiz bir ssenaridir, amma belə şeylər olur. Hazırda heç bir yerim ağrımır, hər şey qaydasındadı".

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq