COP29

Azərbaycan Qran-prisinin keçirildiyi trekdəki problem aradan qaldırıldı

26 Aprel 2019 19:24 Atçılıq 355
Azərbaycan Qran-prisinin keçirildiyi trekdəki problem aradan qaldırıldı

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin keçirildiyi trekdəki problem aradan qaldırılıb.

Sportinfo.az xəbər verir ki, trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi başa çatıb.

Bundan sonra “Formula 2” yarışında sıralama turuna start verilib. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) isə "Formula 1" üzrə birinci sərbəst yürüş sessiyası zamanı baş vermiş insidentlə əlaqədar press-reliz yayıb.

Rəsmi açıqlamada bildirilir ki, sərbəst yürüş lyukun yerindən tərpənməsi nəticəsində ləğv olunub.

"Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdı.

Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birgə həmin lykun təhlükəsiz şəkildə əvəz olunması və trekdə olan bütün digər lyukların növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işləyirik.

Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir. Trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi aparılıb".

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!