COP29

Əlindən gələn hər şeyi etməlisən, yoxsa heç bir şansın olmayacaq

26 Aprel 2019 19:00 Atçılıq 383
Əlindən gələn hər şeyi etməlisən, yoxsa heç bir şansın olmayacaq

“Bu, vəziyyətin çox tez dəyişə biləcəyi kifayət qədər nadir yarışdı.

Üstünlük birindən digərinə keçir”.

Sportinfo.az xəbər verir ki, bunu Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi barədə danışarkən deyib.

Ötən mövsüm Bakıda keçirilmiş yarışda liderlik edən, lakin sona 3 dövrə qalmış bolidinin təkəri partladığı üçün finişə çata bilməyən 30 yaşlı finlandiyalı sürücü bu cür risklərin hər zaman olacağını bildirib:

“Finişə çatmaq üçün əlindən gələn hər şeyi etməlisən, yoxsa heç bir şansın olmayacaq. Yarışlarda qələbə qazanmaq əsas məqsədimizdir, amma riskləri də hesablamaq lazımdı.

Bu mənada traslar bir-birindən fərqlənir, ancaq sən onsuz da həmişə imkanları axtarmalısan. Çox şey vəziyyətdən asılıdır. Bu trasda pilotun təsir edə bilməyəcəyi çox hadisələr olur”.

Yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb.

Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür. Rikkardo isə 6 xalla 11-ci pillədədir.

SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq. Bakıda sayca dördüncü dəfə təşkil olunacaq yarış “Formula 1”in tarixinə 1001-ci mərhələ kimi düşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq