Sebastyan Fettel Bakıya "Ayntraxt" azarkeşi kimi gəlmək istəyir

26 Aprel 2019 14:12 Atçılıq 576
Sebastyan Fettel Bakıya "Ayntraxt" azarkeşi kimi gəlmək istəyir

İtaliyanın “Ferrari” komandasının pilotu Sebastyan Fettel mayda da Bakıya gələ bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə 32 yaşlı pilotun açıqlamasında bildirib.

Almaniyalı dördqat dünya çempionunun sözlərinə görə, bunun üçün azarkeşlik etdiyi "Ayntraxt” mayın 29-da Bakıda baş tutacaq Avropa Liqasının finalına vəsiqə qazanmalıdır:

“Əlbəttə, finalın Bakıda olacağını bilirəm. Öz “Ayntraxt”ıma azarkeşlik edəcəyəm. Lakin özünüz də başa düşürsüz - əvvəlcə finala çıxmalı, sonra Bakıya bilet sifariş verməliyik”.

Frankfurt təmsilçisi yarımfinalda “Çelsi” ilə qarşılaşacaq. Oyunlar mayın 2-də və 9-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti