Sportinfo.az xəbər verir ki, “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində Sem Smiti əvəzləyəcək müğənni bəlli olub.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarainin sözlərinə görə, britaniyalı müğənnini həmyerlisi Cessi Cey əvəzləyəcək.
Smitin aprelin 27-də Bakıda SOCAR Azərbaycan Qran-prisi çərçivəsində nəzərdə tutulan konserti ləğv olunub.
Britaniyalı müğənni ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından, həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub.
Cardi B ləqəbli Belkalis Almanzarın aprelin 28-də Bakı Kristal Zalındakı çıxışı isə baş tutacaq.
“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.

