Bukmeykerlər Azərbaycandakı çempionatın qalibini açıqladı

24 Aprel 2019 19:36 Atçılıq 1 000
Bukmeykerlər Azərbaycandakı çempionatın qalibini açıqladı

Bukmeykerlər aprelin 26-dan 28-nə qədər Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-Prisinin qalibləri ilə bağlı əmsallarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Çində keçirilən Qran-Pridən fərqli olaraq, Bakıdakı yarışın favoriti kimi “Mersedes”in pilotu Luis Hamilton göstərilib.

Ona 2,87 əmsal verilib. “Ferrari”nin pilotu Sebastyan Fettel isə 3,25 əmsalla ikinci yerdə qərarlaşıb.

Bukmeykerlərə görə, üçüncü və dördüncü yerlərdə 4,33 əmsalla Valtteri Bottas və Şarl Lekler qərarlaşıb.

“Red Bull” komandasının üzvü Maks Ferstappen isə liderlərdən çox geridə qalır. Bukmeykerlər onun qələbəsinə 23,00 əmsal veriblər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız