Bakıda hansı dünya ulduzundan avtqraf istəyirsən? - SİYAHI

24 Aprel 2019 08:24 Atçılıq 562
Bakıda hansı dünya ulduzundan avtqraf istəyirsən? - SİYAHI

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin proqramı və komandaların pilotlarının avtoqraf sessiyalarının vaxtı açıqlanıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Sportinfo.az-a verilən məlumata görə, sessiyalar 3 günü əhatə edəcək.

26 aprel

11:10 - 11:30 Maks Ferstappen və Pyer Qasli ("Red Bull")

11:30 - 11:50 Sebastyan Fettel və Şarl Lekler ("Ferrari")

11:50 - 12:10 Daniel Rikkardo və Niko Hülkenberq ("Renault")

27 aprel

11:20 - 11:40 Serxio Peres və Lens Stroll ("Racing Point")

12:00 - 12:20 Kimi Raykkonen və Antonio Covinatsi ("Alfa Romeo")

12:20 - 12:40 Lüis Hemilton və Valtteri Bottas ("Mercedes")

28 aprel

11:20 - 11:40 Corc Rassel və Robert Kubitsa ("Williams")

11:40 - 12:00 Karlos Sayns və Landro Norris ("McLaren")

12:00 - 12:20 Romen Qrojan və Kevin Maqnussen ("Haas")

12:20 - 12:40 Daniil Kvyat və Aleksandr Albon ("Toro Rosso")

Yarışın proqramı isə belədir:

25 aprel

12:00. Azarkeş zonalarının qapıları açılır
14:00. 4 günlük bilet sahiblərinin Pit Leyn gəzintisi
20:00. Trekin qapıları açılır

26 aprel
11:00-11:45. “Formula-2”. Sərbəst yürüş
13:00-14:30. “Formula-1”. Birinci sərbəst yürüş
15:00-15:30. “Formula-2”. Sıralama yarışı
17:00-18:30. “Formula-1”. İkinci sərbəst yürüş

27 aprel
10:20-10:50. “Formula-2”. Pilotların paradı
12:00-13:05. “Formula-2”. Birinci yarış
14:00-15:00. “Formula-1”. Üçüncü sərbəst yürüş
17:00-18:00. “Formula-1”. Sıralama turu
21:00. Sam Smitin konserti

28 aprel
13:10-14:00. “Formula-2”. İkinci yarış
14:30-15:00. Açılış mərasimi və pilotların paradı
15:54-15:56. Dövlət Himni mərasimi
16:10-18:10. “FORMULA-1”. SOCAR Azərbaycan Qran-prisi
18:10. Podium mərasimi
22:00. Kardi B konserti

Yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb.

Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdü. SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti