Komandalar Bakıda gecəsi 3 min avroya nömrə bron etdi

22 Aprel 2019 14:12 Atçılıq 1 052
Komandalar Bakıda gecəsi 3 min avroya nömrə bron etdi

Azərbaycan Qran Prisində iştirak etmək üçün Bakıya gələn komandaların bəziləri “Hilton Hotel”də gecəsi 3 min avro (təxminən 6 min manat) olan prezident suitləri bron ediblər.

Sportinfo.az xəbər verir ki, bu barədə otelin əməliyyat direktoru Lars Sammelius formule1.nl saytına bildirib.

Azərbaycan Qran Prisi 26 - 28 apreldə keçiriləcək. O, artıq “Hilton Hotel”dəki bütün nömrələrin tutulduğunu söyləyib.

“Hilton Hotel”də adi günlərdə prezident suitlərinin qiyməti təxminən 4 min manat təşkil edir.

Bu nömrədə 3 otaq, eləcə də mətbəx var. Həmçinin 17-ci mərtəbədə şam yeməyi üçün xüsusi məkan, şəxsi spa və idman zalı mövcuddur.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız