Azərbaycan Qran-prisi üçün 150 müraciət daxil oldu

22 Aprel 2019 12:48 Atçılıq 681
Azərbaycan Qran-prisi üçün 150 müraciət daxil oldu

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli KİV nümayəndələri üçün Formula 1 üzrə Azərbaycan Qran-prisinin akkreditasiya qaydaları haqqında seminar keçirib.

Sportinfo.az xəbər verir ki, BŞH-nın Marketinq və kommunikasiya departamentinin Media və yayım əməliyyatları şöbəsinin rəhbəri Ayan Ağayeva tədbir iştirakçılarını akkreditasiya, media nümayəndələrinin iş prosesi və yarışın proqramı barədə məlumatlandırıb.

Bildirilib ki, akkreditasiya üçün Azərbaycandan 150 nəfər müraciət edib. Onlardan 90 nəfərinə müsbət cavab verilib.

Həmçinin yerli 6 telekanal, 2 radio, 11 qəzet, 9 agentlik və 25 sayt akkreditasiyadan uğurla keçib. Azərbaycan Qran Prisi 26 - 28 apreldə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız