"Azərbaycanda həmişə çoxlu hadisə ilə zəngin...": Danimarkalı

21 Aprel 2019 13:07 Atçılıq 640
"Azərbaycanda həmişə çoxlu hadisə ilə zəngin...": Danimarkalı

"Haas" pilotu Kevin Maqnussen Azərbaycan Qran-prisindən gözləntilərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, danimarkalı sürücü Bakı trasının onun komandası üçün çox da münasib olmadığını etiraf edib.

Lakin Maqnussen bu amilin ona xallar uğrunda mübarizədə maneçilik törətməyəcəyinə əminlik ifadə edib:

"Bakı trası aşağı sıxıcı qüvvəli, çoxlu uzun düz, qısa döngəlidir və aşağı səviyyəli qoşulmalara malikdi.

Maraqlıdır, görəsən, biz harada olacağıq?! Bu, bizim üçün ən yaxşı tras deyil. Amma mən müsbətə köklənmişəm. Biz xallar uğrunda mübarizə aparacağıq".

Bu mövsüm yenilənmiş aerodinamika və onun Bakı trasına təsirinə gəldikdə, 27 yaşlı idmançı deyib ki, bunun böyük rol oynayıb-oynamadığını bilmir:

"Bəlkə də daha geniş DRS küncü ötmələri sadələşdirməyə kömək edəcək. Amma Bakıda bunsuz da ötməni həyata keçirmək asandı.

Ona görə də hər şeyin necə alınacağına baxacağıq. İstənilən halda, Azərbaycanda həmişə çoxlu hadisə ilə zəngin maraqlı yarış olur. Biz bu mərhələni gözləyirik".

Bakı trası ümumilikdə 20 döngədən ibarətdir və 6003 metr uzunluğa malikdi. Bu mövsüm ilk 3 mərhələdən sonra Kevin Maqnussen 8 xalla 8-ci pillədə qərarlaşıb.

O, həmin xalı martın 17-də Avstraliya Qran-prisində 6-cı yeri tutmaqla əldə edib. Konstruktorların mübarizəsində də eyni miqdarda xal toplayan "Haas" isə 7-cidir. Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti