"Əlavə sponsorların cəlb olunması üçün davamlı iş aparırıq"

21 Aprel 2019 11:23 Atçılıq 805
"Əlavə sponsorların cəlb olunması üçün davamlı iş aparırıq"

"Formula 1" ilə 5 illik müqaviləmiz var. Əlavə sponsorların cəlb olunması üçün də davamlı iş aparırıq".

Sportinfo.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim deyib.

Onun sözlərinə görə, "Bakcell" şirkəti ilə əməkdaşlıq müqaviləsi yarışın əyləncə qismini əhatə edəcək.

Anlaşmaya əsasən, Bulvar tribunasına "Bakcell" şirkətinin adı veriləcək və bu tribuna şirkətin korporativ vizual elementləri ilə rənglənəcək.

Azərbaycan Qran Prisi 26-28 apreldə keçiriləcək. B.Özerdim "Formula 1" üzrə Azərbaycan Qran Prisinə hazırlıq prosesinin böyük ölçüdə yekunlaşdığını söyləyib:

"Bilet satışları ötən mövsümlə müqayisədə daha yaxşıdır. Əsas hədəf ölkə xaricindən daha çox insanın cəlb olunmasıdı.

Böyük Britaniya, Hollandiya, Rusiya, Avstraliya və digər yerlərdən böyük maraq görürük".

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız