Azərbaycan Qran Prisi: Vauçerlərin biletlərin əsli ilə dəyişdirilməsinə start

7 Aprel 2019 20:55 Atçılıq 515
Azərbaycan Qran Prisi: Vauçerlərin biletlərin əsli ilə dəyişdirilməsinə start

“Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran Prisi üçün vauçerlərin biletlərin əsli ilə dəyişdirilməsinə start verilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Sportinfo.az-a verilən məlumata görə, tamaşaçılar bu gündən etibarən vaueçerlərini şəhərin kassalarında biletlə dəyişə bilərlər.

Bu proses aprelin 28-i yarış başlayanadək davam edəcək. Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş vauçerlərini gətirməlidirlər.

Vauçerləri yalnız onun üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək.

Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək. Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı, yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də vauçerlərini dəyişə biləcəklər.

Bilet sahiblərindən xahiş olunur ki, vauçerlərin dəyişdirilməsini son günə saxlamasınlar, əks halda kassaların önündə uzun növbələr yarana bilər.

Biletlə əlaqədar yaranmış sualları [email protected] elektron ünvanına göndərmək olar. Satışda olan biletlər və tribunalar haqqında ətraflı məlumat üçün www.bakucitycircuit.com saytına daxil olmaq lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti