“İki günlük test yürüşlərinə əsasən müqayisə aparmaq çətindir. Biz faydalı iş gördük və bundan razı qaldıq”.
Sportinfo.az xəbər verir ki, bunu əfsanəvi “Formula-1” pilotu Mixael Şumaxerin oğlu Mik Şumaxer deyib.
O, Bəhreyn Qran-prisinin test yürüşlərinə qatılmasından, ardınca Azərbaycana gələcəyindən danışıb.
İlk gün “Ferrari”nin, ertəsi gün “Alfa Romeo”nu idarə edən gənc pilot hələ bir müddət “Formula-2”də mübarizə aparacağını da bildirib.
Azərbaycan Qran-prisi aprelin 26-28-də olacaq 7 qat dünya çempionu Mixael Şumaxerin oğlu növbəti cəhdini Bakıda edəcəyini vurğulayıb.
Onun sözlərinə görə, məqsədinə çatmağı özünəinamı artırır: “Sonra necə olacağını bilmirəm. Bakıda “Formula-2” bolidinin sükanı arxasına dönəcəyimi gözləyirəm. Bu, xüsusi trassdır.
Orada ilk dəfə iştirak edəcəm. Buna yaxşı hazırlaşmalı, simulyatorda uyğunlaşmalıyam. Test zamanı əldə etdiyim biliklərdən yararlanmağa çalışacam”.

