"Formula 1" üzrə Bəhreyn Qran-prisinin qalibi müəyyənləşdi

1 Aprel 2019 00:00 Atçılıq 510
"Formula 1" üzrə Bəhreyn Qran-prisinin qalibi müəyyənləşdi

"Sahir" avtodromunda "Formula 1" üzrə dünya çempionatının ikinci mərhələsi, Bəhreyn Qran-prisi başa çatıb.

Sportinfo.az xəbər verir ki, yarışda "Mercedes" komandasının britaniyalı pilotu Luis Hamilton qalib olub.

O, hamını üstələyərək finiş xəttinə birinci çatıb. Yarışda ikinci yeri onun komanda üzrə müttəfiqi Valtteri Bottas tutub.

Ən yaxşı üçlükdə sonuncu "Ferrari" komandasının pilotu Şarl Lekler olub. Qaliblər siyahısında həmçinin 4-cü yerdə Maks Ferstappen ("Red Bull"), 5-ci yerdə isə Sebastyan Fettel ("Ferrari") qərarlaşıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti